Qurbanlığın dəyəri kəsilmiş çəkidə hər kq üçün 11.50 azn müəyyən edilib

Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən Şəhərə” layihəsi çərçivəsində kəsilmiş qurbanlıq qoyunların onlayn satış təşkil olunur.

Belə ki, sifarişlərin onlayn qaydada həyata keçirilməsi üçün yeni satış portalı vətəndaşların istifadəsinə verilib. Qurbanlıq qoyunların sifarişi qurbanliq.kendden.az saytı vasitəsilə onlayn qaydada həyata keçirilir. Burada əsas məqsəd Nazirlər kabineti yanında operativ qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində yarana biləcək əhali sıxlığının qarşısını almaq, həmçinin aztəminatlı ailələrin qurbanlıq qoyunların əldə edilməsi üçün şəraitin yaradılmasıdır.

Vüqar Namazov bildirir ki, qurbanlıq heyvanlar üçün sifarişin verilməsi diri çəki üzərindən həyata keçirilir, daha sonra onların kəsilmiş çəkiləri də sayt üzərindən vətəndaşlara təqdim olunur.
Qurbanlıq qoyunları sifariş etmək istəyən şəxslər qeyd edilən saytda müvafiq olaraq qeydiyyatdan keçərək üç çəki kateqoriyası üzrə qurbanlıq qoyunları seçdikdən sonra satış məntəqələrindən onlayn növbə götürə bilərlər. Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürəcəkləri məntəqəni, tarixi və saatı qeyd edib, ilkin olaraq 20 azn avans ödədikdən sonra onu təyin olunmuş vaxtda həmin məntəqəyə yaxınlaşaraq və ona gəlmiş smsi təqdim etməklə, məbləğin qalan hissəsini ödənikdən sonra götürə bilərlər.

Sifarişlərin qəbulu 31 iyul saat 00-a qədər həyata keçiriləcək, heyvanların götürülməsi isə 31 iyul saat 12-dən 20:00a qədər və 1 avqust saat 10-dan 20:00-a qədər həyata keçiriləcək. Vətəndaşlar onlayn qaydadad sifariş etdikləri qurbanı Bakı şəhərində 9 və Sumqayıt şəhərlərində 1 məntəqə olmaqla ümumilikdə 10 məntəqədə əldə edə biləcəklər.

1. Nizami rayonu, Rizvan Teymurov küç. 21
2. Nərimanov rayonu, Ağa Nemətulla küç., 45 nömrəli məktəbin yanı
3. Nəsimi rayonu, 20 Yanvar küç. 243
4. Binəqədi rayonu, 9 mikrorayon, Mircəlal küç. 41
5. Binəqədi rayonu, Kazımovski 138 B
6. Xətai rayonu, Məhəmməd Hadı küç.,
7. Xətai rayonu, Gəncə pr. 148 A, Xəzər univermağının yanı
8. Xətai rayonu, Lütfizadə küçəsi (Grand marketin yanı)
9. Suraxanı rayonu, Sakit Qocayev küç. 90
10. Sumqayıt şəhəri, Azərbaycan prospekti, 20-ci məhəllə

Bu arada Daxili İşlər Nazirliyi Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib. Müracitədə bildirilir: qarşıdan gələn Qurban bayramı günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlamlığa zərər vurmayan şəraitdə yerinə yetirməsinin vacibliyi ilə əlaqədar bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş satış portalına müraciət olunmalıdır. Real tv