Fransanın dövlət borcu 3 trilyon avronu keçib və ölkə iqtisadiyyatı son dərəcə çətin vəziyyətdədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mişel Barnier "France 2" telekanalına bildirib.

Nazir qeyd edib ki, Fransanın dövlət borcu hazırda 3,16 trilyon avroya yaxındır:

"Fransanın borcu çox yüksəkdir və ona xidmət göstərmək üçün ildə 50 milyard avrodan çox xərc tələb olunur. Hökumət xərcləri nəzarətdə saxlamağa və pensiya islahatlarını davam etdirməyə çalışacaq. Prioritet diqqət səhiyyə sisteminə və immiqrasiya nəzarətinə veriləcək".

 

Gözəl Həşimova