Amerika fond bazarında "Dow Jones" indeksi 0,01% - 27 222,97 bəndədək, "S&P 500" 0,36% - 2 995,11 bəndədək, NASDAQ isə 0,27% - 8 207,24 bəndədək artıb.

İqtisadiyyat.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,56% - 7 493,09 bəndədək, Almaniya DAX-ı 0,92% - 12 227,85 bəndədək, Fransa CAC-40-ı isə 0,38% - 5 550,55 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 15,20 dollar bahalaşaraq 1 443,30 dollara, gümüşün unsiyasının qiyməti isə 0,24 dollar artaraq 16,43 dollara satılıb.