Qırğızıstan prezidenti Japarov Özbəkistanla ümumi sərhədin yaradılmasını elan edib

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Sadır Japarov bildirib:

“Bişkek və Daşkənd ümumi sərhəd qura bilib, dünən biz qonşu Özbəkistanla sərhəd məsələsinə son qoyduq”.

Lakin o, tərəflərin hansı sənədi imzaladığını açıqlamayıb.

Dövlət başçısı Kempir-Abad (Əndican) su anbarının Özbəkistan tərəfinə verilməsinə qarşı payız etirazlarını xatırladıb. Onun sözlərinə görə, ölkədə şəxsi maraqlarını güdən, su anbarını bəhanə edən qruplar yaranıb.