Rusiya enerji nəhəngi "Qazprom" Bolqarıstandan sonra Yunanıstana da satdığı təbii qazın qiymətini endirib.

Yunanıstan ildə Rusiyadan təxminən 3 milyard kubmetr təbii qaz idxal edir. Rusiya Yunanıstana satdığı təbii qazın qiymət siyasətində təəəcüblü də oldsan dəyişiklik edərək satdığı qazın qiymətini aşağı salıb. Müvafiq olaraq, yeni qiymət 60 faiz neft və 40 faiz Holland TTF (orta və qısamüddətli təbii qaz ticarətinin satıldığı likvid bazar) olaraq dəyişdirilib.

Mütəxəssislərin fikrincə, bu addımdan sonra Yunanıstan hər 1000 kubmetr qazı 130-140 dollar ödəyəcək . Rusiya da Bolqarıstana qaz qiymətlərində 40 faiz endirim edib .

Qeyd olunur ki, Türkiyə, Rusiyadan ildə 30 milyard kubmetrdən çox qaz idxal edir. İdxal etdiyi hər 1000 kubmetr qaz üçün 230 dollar ödəyir. 1 yanvar tarixindən etibarən BOTAŞ Rusiyadan təbii qaz qiymətlərinə yenidən baxılmasını istəyib. Rusiyanın ən böyük müştərilər arasında Türkiyəyə qiymət baxımından "qənaətbəxş" bir addım atması gözlənilir. Türkiyəyə ildə 50 milyard kubmetr təbii qaz idxal edir. Son bir neçə ildə qaz istehlakı azalaraq 45 milyard kubmetrə düşüb.

Qeyd edək ki, Türkiyə Rusiya, İran və Azərbaycandan boru kəmərlərindən təbii qaz idxal edir. Rusiya, Türkiyəyə hər ortalama 1000 kubmetr təbii qazı (ikinci rüb qiyməti) 230 dollara satır. Türkiyə, 1 yanvar tarixindən etibarən qüvvəyə minəcək müqavilə hüququndan istifadə edərək qiymətə yenidən baxılmasını istəyib. Rusiya bu günə qədər "endirim" mövzusunda heç bir addım atmayıb.Fins.az