“Qarabağa səfərlər üçün biletlər yolumuzqarabaga.az saytından alına bilər və bunun üçün vətəndaş şəxsiyyət vəsiqəsindəki məlumatları daxil etməlidir”.

Bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

F.Cəfərovun sözlərinə görə, “ASAN login” vasitəsi ilə sayta daxil olanlar üçün buna ehtiyac yoxdur:

“Bu üsulla bilet almaq istəyən şəxslərin əlavə məlumatları daxil etməyə ehtiyacı yoxdur. Vətəndaş özü ilə digər şəxs üçün bilet almaq istəyirsə bu zaman onun şəxsiyyət vəsiqəsinin FİN kodunu yazması kifayətdir".