Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpini Moskvaya dəvət edib .  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Məlumatda Putin səfərin 2023-cü ilin yazında baş tutacağını gözlədiyini deyib: 

“Şübhə etmirəm ki, biz şəxsən görüşmək imkanı tapacağıq. Sizi, hörmətli sədr, əziz dost, gələn ilin yazında Moskvaya dövlət səfərini gözləyirik”. 

Putin Si Cinpinin səfərinin dünyaya Rusiya-Çin əlaqələrinin gücünü nümayiş etdirəcəyini və Moskva ilə Pekin arasında ilin əsas hadisəsi olacağını vurğulayıb.