Prezident İlham Əliyev Vidadi İsayevin  2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Vidadi İsa oğlu İsayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

8 İLDİR İCRA BAŞÇISIDIR

Qeyd edək ki, V.İsayev 1959-cu ilin aprelin 18-də Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 2005-2011-ci illərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 2011-ci ildən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. 

Sabah onun 60 yaşı tamam olur. 

marjaaz1555504441vidadi-isayev.jpg