Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş istefaya göndərilib.

Bu barədə məşhur italiyalı jurnalist Fabritsio Romano məlumat yayıb.

Qarşılıqlı razılıq əsasında 68 yaşlı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl ləğv edilib. 

Qeyd edək ki, 2014-cü ildən Portuqaliya millisini çalışdıran Fernandu Santuşun sözləşməsi 2024-cü ilədək idi. DÇ-2022-də 1/4 finala qədər irəliləyən Portuqaliya yığması Santuşun rəhbərliyi ilə Avro-2016-nın qalibi olub.