"Qarabağ”ın UEFA Çempionlar Liqasında Liqa mərhələsinə adlaya bilməməsi Misli Premyer Liqasının digər klublarının işinə yaramayıb.

İqtisadiyyat.az Futbolinfo.az saytına istinadən xəbər verir ki, Azərbaycan çempionunun pley-off mərhələsində Zaqreb “Dinamo”suna məğlubiyyəti digər klublarımızın UEFA-dan gəlir əldə etməsinə mane olub.

Məsələ burasındadır ki, UEFA-nın proqramına əsasən, bir klubu Çempionlar Liqasının Liqa mərhələsinə adlayan ölkənin yüksək liqa komandaları UEFA-dan həmrəylik ödənişi əldə edirlər. Həmin məbləğ dəqiq bilinməsə də, bunun 550 min – 1 milyon avro arasında olması gözlənilir. Yəni “Dinamo” mübarizəni davam etdirdiyindən, Xorvatiya çempionatının hər bir iştirakçısı bu qədər qazanc götürəcək.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində mübarizə aparacaq