Bu günədək 232161 fermerə 122.7 mln manat subsidiya ödənilib.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin mətbuat xidməti məlumat verib

Məlumatda bildilir ki, bu həftənin sonunadək payızlıq əkinlərinə görə verilən subsidiyaların 95%-i ödənilib başa çatacaq. Qalan 5% bəyanlarında problemlər olması səbəbindən yoxlamaları gec başa çatmış fermerlərdir.