2019-cu ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin 2 milyard 240,3 milyon manatı və ya 29,2 faizi neft sektorunun payına düşüb. Neft sektoru üzrə daxilolmaların 62,9 faizini və ya 1 milyard 409,3 milyon manatını SOCAR-ın, 37,1 faizini və ya 831 milyon manatını isə neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edib.

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatda deyilir.