Ötən il Gürcüstan təbii qaza olan tələbatının 99,8%-ni idxalın hesabına ödəyib.

Bu barədə ölkənin Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının 2019-cu il üzrə hesabatında bildirilib.

Sənədə əsasən, Azərbaycan bu həcmin 93%-ni təmin etməklə Gürcüstanın əsas təbii qaz təchizatçısı olaraq qalıb.

Hesabat ilində qonşu ölkədə təbii qaza tələbat illik müqayisədə 15% artaraq 2,5milyard kubmetrə bərabər olub.report