İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı 2010-2013-cü illərdə təşkilata üzv olan müxtəlif ölkələrdə “Təhsil sistemi və təlimin beynəlxalq araşdırılması” adını almış müəllimlərin peşə fəaliyyətinin xüsusiyyətlərini öyrənən geniş araşdırma və təhlilər aparmışdır.
Aparılmış araşdırılmalar haqqında məruzədə Böyük Britaniya təhsili digər ölkələrin təhsil sistemləri ilə müqaisədə bir mənalı şəkildə ən aparıcı təhsil sistemi sayılmışdır.

Bununla yanaşı «Ofsted» təşkilatının rəhbəri Maykl Vilşoudan başlayaraq təhsil naziri Maukl Qouva qədər Britaniya rəsmiləri öz növbələrində şagirdləri riyaziyyat fənni üzrə yüksək nəticə göstərən Sinqapurun təhsil sisteminə heyran olduqlarını gizlətmirdilər.

Eyni zamanda “Təhsilalanların təlim naliyyətlərinin Qiymətləndirilməsi” təşkilatının monitorinqlərinin nəticələrinə əsasən məlum olmuşdur ki, Finlandiyanın təhsil sistemində çalışan müəllimlərin uğurlu əməyi nəticəsində bu ölkədə təhsilalanlar əldə etdikləri bilikləri praktikaya səmərəli şəkildə tətbiq edə bilirlər. Finlandiya müəllimləri əldə etdikləri bu uğurun müqabilində heç də ən böyük əmək haqqı almırlar. Ölkədə cəmiyyət və ailənin təhsilə müsbət mənada yanaşması böyük önəm kəsb edir.

PİSA monitorinqlərinə əsasən effektivliyinə görə Finlandiyadan sonra Cənubi Koreya, Çexiya və Macarıstan Respublikalarının təhsil sistemləri növbəti sırada yer alır. Araşdırmaların nəticələrinə görə Braziliya və İndoneziya təhsil sistemləri keyfiyyət və qiymətləndirməyə görə daha aşağı göstəricilərə malikdir.
Araşdırılma aparılmış 30-a qədər ölkədə müəllimlərin əmək haqqının miqdarına görə İsveçrə dünyada liderdir. Orta illik əmək haqqının 50 000 dollar təşkil etdiyi bu ölkədə ümumtəhsil məktəblərində işləyən müəllim orta hesabla illik 68 000 dollar əmək haqqı alır.

Ümumilikdə təhsil sisteminə görə dünyada lider sayılan Böyük Britaniyada müəllimin orta illik əmək haqqı 40 000 dollardan bir qədər artıqdır və dünyada müəllimlərə verilən əmək haqqına görə 13-cü yerdə dursa da, Avropada müəllimlərin illik əmək haqqına görə bir çox dövlətlərlə müqayisədə öndədir. Belə ki, Fransada bu rəqəm 33 000 , Yunanıstanda 25 000 dollar təşkil edir.

İnkişaf etmiş bir çox dövlətlərdə müəllimlərin orta illik əmək haqqı aşağıdakı kimidir:

(min dollarla)
İsveçrə - 68,82; Hollandiya-57,87; Almaniya - 53,73; Belçika – 51,47; Cənubi Koreya – 47,34; İrlandiya – 47,3; Yaponiya – 45,93;Avstraliya – 44; Finlandiya – 42,81; Danimarka – 41,71; İspaniya – 41,52;ABŞ – 41,46; Böyük Britaniya – 40,91; Avstriya – 37,41; Yeni Zellandiya – 34,76; Portuqaliya – 34,59; Fransa – 33,57; Norveç – 33,13; Sloveniya – 32,48; İsveç – 31,61; İtaliya – 31,46; İslandiya – 29,48; Yunanıstan – 25,75; İsrail – 19,55; Çexiya – 18,61; Türkiyə – 17,18; Çin – 16,41;Braziliya – 14,94; Macarıstan – 14,46 ; İndoneziya – 2,83.

Dünyada hər müəllim payına düşən uşaq sayına görə Braziliya birincidir. Bu ölkədə hər müəllimə 32 şagird düşdüyü halda, sıranın sonunda yer alan Portuqaliyada hər müəlimə 7 şagird düşür. Böyük Britaniya 14-cü yerdə olmaqla hər müəllimə 13 şagird düşür.

Müəllim-şagird nisbəti bir çox ölkələrdə aşağıdakı kimidir :

Braziliya – 32,1; Çin – 27,6;Cənubi Koreya – 18,2; İndoneziya – 17,4; Finlandiya – 16,5; Türkiyə – 16,4; Hollandiya – 16,4; ABŞ – 15,3; İrlandiya – 14,8; İsveç – 14,4; Sloveniya – 14,1; Almaniya – 13,7; Yeni Zellandiya – 13,5; Böyük Britaniya– 13,4; Yaponiya – 13,1; Danimarka – 12,7; Avstraliya– 12,6; Çexiya – 12,4; Macarıstan– 12; İsrail – 11,7; İsveçrə – 11,6; İslandiya – 10,9; İtaliya – 10,8; Fransa – 10,4; Avstriya – 10,2; İspaniya – 10,1; Belçika – 9,9; Yunanıstan– 9,7; Norveç – 9,2; Portuqaliya – 7,6.

Ayrı-ayrı ölkələrdə müəllimlərin nüfuzunu araşdıran GTSİ təşkilatının hesablamalarına görə Müəllimlərin ən çox hörmət və nüfuza malik olduğu ölkə Çin Xalq Respublikasıdır. ABŞ və Böyük Britaniya Cənubi Koreyadan da aşağı yerdə dururlar. Araşdırılma aparılmış 21 ölkə arasında ən aşağıda İsrail yer alır. Bu nəticəyə təşkilat tərəfindən həmin ölkələrdə 1000 valideyinə “Övladınızın müəllim peşəsini seçməsini istərdinizmi?” sualının cavablarının yekunu olaraq gəlinmişdir. Belə ki, sorğuda iştirak edən Çinli valideyinlərin 75% -i bəli cavabını vermişlər.

TALİS təşkilatının araşdırmalarına əsasən beynəlxaq təcrübədə müəllimlərin orada çalışma vaxtı həftədə 38 saat müəyyən edilmişdir. Böyük Britaniyada bu rəqəm 46 saat, Finlandiyada 32 saat, İtaliyada 29 saat təşkil edir. Dünyada ən çox işləyən Yaponiya müəllimləridir-həftədə 54 saat.

Dünya üzrə müəllimlərin 68%-ini qadınlar təşkil edir ki, onların da orta yaş həddi 48 yaşdır.

TALİS müəllimlərin cinsi statistikası ilə də maraqlı rəqəmlər açıqlamışdır. Belə ki ,araşdırma aparılmış ölkələrdə çalışan qadın müəllimlərin faiz nisbəti aşağıdakı kimi olub:

Qadın müəllimlərin sayına görə Latviya liderdir – 88,7 %, ondan sonra Estoniya – 84,5 %, daha sonra Sloveniya Respublikasıdır – 81,8 %. Digər ölkələrdə isə qadın müəllimlər- Bolqarıstanda – 81,2 %, İtaliyada– 78,5 %, Çexiyada – 76,5 %, İsraildə – 76,3 %, Polşada – 74,9 % təşkil edir. Qadın müəllimlərin daha az çalışdığı ölkələr:Hollandiya– 54,6 % və Meksika – 53,8 % dövlətləridir. Bu nəticəyəyə görə Yaponiya qadın müəllimlərin ən az işlədiyi ölkədir. Burada qadın müəllimlər cəmi 39 % təşkil edir.

Orta yaşa görə İtaliya ən yaşlı müəllimlərə malikdir. Bu ölkədə müəllimlərin orta yaş həddi 48,9 yaşdır. Estoniyada bu rəqəm 47,9 , Bolqarıstanda 47,4 yaş həddindədir. Malaziya 38,9 yaş, Əbu-Dabi ( BƏƏ) 38,7 yaş orta hesabla daha gənc müəllimlərə malikdir. Ümumilikdə isə bu siyahıya Sinqapur rəhbərlik edir. Burada müəllimlərin orta yaş həddi 36-dır.

Ali təhsil səviyyəsinə görə Avstraliya və Polşa dövlətləri liderdir. Bu ölkələrdə müəllimlərin 99,9%-i ali təhsillidir. Cənubi Koreyada müəllimlərin 99,8%-i, Xorvatiyada 82,3 %-i, Çilidə 81,6 % ,İtaliyada isə 80,5 %-i ali təhsillidir.

Pedaqoji “staj”a görə Latviya ən çox “staj”lı müəllimlərə-22 il malikdir. Bu rəqəm Estoniyada-21,6 il, Bolqarıstanda-21,5, İtaliyada-19,8 il, Portuqaliyada-19,4 il, İspaniyada-18,3 təşkil edir. Ən az stajı olan müəllimlərə, Əbu-Dabi ( BƏƏ)-12,8 il, İngiltərə-12,4 il, və Sinqapur -9,7 il malikdir.

TALİS-in araşdırmalarına görə iş saatlarında yalnız dərs saatlarının tədrisinə görə Çili öndədir-26,7 saat. Bu rəqəm ölkələrdə müvafiq olaraq dəyişir: Braziliyada-25,4 saat, Meksikada-22,7 saat, Finlandiyada-20,6 saat, Böyük Britaniyada-19,6 saat, Fransada-18,6 saat. Bu sahədə daha az göstəricilərə Hollandiya-16,9 saat, Ruminiya-16,2 saat, Norveç-15 saat malikdir.

TALİS-in hesabatında həmin ölkələrin müəllimləri yerdə qalan digər iş saatlarını tədrislə bağlı planlaşdırmaya, məktəbin ümumi işlərində iştirak etməyə, şagirdlərlə əlavə məşgul olmağa, onlara müxtəlif məsləhətlər verməyə, valideyinlərə, rəhbərliyə hesabatların hazırlanıb çatdırılmasına sərf edirlər.

Dünyada təhsil sisteminə ən çox pulu ABŞ höküməti xərcləyir- illik 809 milyard dollar. Yaponiya 160, Almaniya 154,Braziliiya 146,Fransa və Böyük Britaniya isə illik olaraq təhsilə 123 milyard dollar pul ayırırlar.

BMT-nin məlumatına(2015-ci il) əsasən hər il dünyada 8 milyon yeni müəllimə təlabat var.

Elşən Qafarov,  Karyera Tədris və Araşdırmalar Mərkəzi