Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 126 milyon dollar dəyərində 113,3 min ton pomidor ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pomidor ixracı dəyər ifadəsində 11 milyon dollar azalıb.

Əlavə edək ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan 137.1 milyon dollar dəyərində 114,9 min ton pomidor ixrac edilib.

 

Gözəl Həşimova