Mixail Mişustinin başçılıq etdiyi Rusiya hökuməti bu gün istefa verəcək.

İqtisadiyyat.az "Lenta.ru"ya istinadən xəbər verir ki, daha sonra yeni hökümət 2020-ci ildə Konstitusiyaya edilən dəyişikliklərdən sonra müəyyən edilmiş yeni qaydalar əsasında seçiləcək.

Hazırkı Nazirlər Kabineti prezident Vladimir Putinin andiçmə mərasimindən sonra, dövlət başçısı vəzifəyə başladıqdan dərhal sonra istefa verəcək. Bu dəfə hökumət Konstitusiyaya dəyişikliklər edildikdən sonra qüvvəyə minən yeni qaydalara əsasən ilk dəfə tam şəkildə seçiləcək.

Yeni normalara görə, Baş nazir, Baş nazirin müavinləri və nazirlərin əksəriyyətinə namizədlər Dövlət Duması tərəfindən təsdiqlənəcək.

 

Gözəl Həşimova