“Meta”nın təsisçisi və rəhbəri Mark Zukerberq dünyanın ən zəngin ikinci adamı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg Milyarderlər İndeksi"ndə deyilir.

Məlumata görə, Zukerberqin sərvəti 206,2 milyard dollara çatıb. Beləliklə, onun sərvəti "Amazon"un keçmiş baş direktoru və prezidenti Ceff Bezosun 205,1 milyard dollarlıq sərvətini üstələyib.

Mark Zukerberqin sərvəti hazırda dünyanın ən zəngin adamı olan İlon Maskın sərvətindən təxminən 50 milyard dollar azdır.

"Meta"dakı 13% payı ilə Zukerberqin sərvəti bu ilin əvvəlindən bəri 78 milyard dollar artıb.

 

Gözəl Həşimova