“Global Construction Products” MMC məcburi auditdən yayınmaqda ittiham olunur.

İqtisadiyyat.az xəbər verir ki, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Naftalan Rayon Məhkəməsinə göndərilib və iş hakim Ayaz Səlimovun icraatına verilib.

Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Global Construction Products” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Nəbizadə Orxan Qoçəli oğludur.