Dünya birjalarında neftin bahalaşması davam edir.

İqtisadiyyat.Az-ın məlumatına görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 0,51% artaraq 1 barelə görə 64,56 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 0,31 % artaraq 57,69 dollar təşkil edib.