Bu ilin yanvar-oktyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 5 167,7 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

İqtisadiyyat.Az Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% azdır.

Təkcə bu ilin oktyabr ayında isə ARDNF-in valyuta satışının məbləği 654,85 milyon dollar təşkil edib. Bu isə ötən ilin oktyabr ayına nisbətən 33,8% çoxdur.