Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 5 milyard 378,1 milyon ABŞ dolları məbləğində satış olub.
İqtisadiyyat.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Təkcə bu ay isə valyuta satışının məbləği 582,9 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,4 dəfə çoxdur.