İran İslam Respublikası son bir il ərzində (il mart ayının 19-da başa çatıb – red.) Naxçıvan Muxtar Respublikasından 34 mln. kVt-saat elektrik enerjisini idxal edib.

"Tehran Times"-ın məlumatına görə, hesabat ilində İrandan Muxtar Respublikaya 33 mln. kVt-saat elektrik enerjisi ixrac edib.

Qeyd edək ki, İran ötən təqvim ili ərzində ümumilikdə 8 mlrd. kVt-saat həcmində elektrik enerjisi ixrac edib. Bu göstərici illik müqayisədə 27,6% artıb. İxracın əsas istiqamətləri İraq (6,652 mlrd. kVt-s), Əfqanıstan (775 mln. kVt-s), Pakistan (516 mln. kVt-s), Ermənistan (53 mln. kVt-s) və Naxçıvan Muxtar Respublikası olub.

Xatırladaq ki, İran Azərbaycan (Naxçıvan Muxtar Respublikası), Türkiyə, Pakistan, Əfqanıstan, Ermənistan, Türkmənistan və İraqla elektrik enerjisinin mübadiləsini aparır.