Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb.

Nazirliyin mətbuat xidmətindən İqtisadiyyat.Az-a verilən məlumata görə, 24 iyu-3 iyul tarixlərində miq.edu.az saytı vasitəsilə aparılan elektron sənəd qəbulu zamanı 54 687 namizəd qeydiyyatdan keçib.

Elektron ərizələrdəki göstəricilər araşdırıldıqdan sonra 52 638 namizədin ərizəsi qəbul olunub.

İyulun 4-də müsabiqənin test imtahanı mərhələsində iştirak hüququ qazanmış namizədlərin şəxsi səhifələrinə imtahanların tarixi və keçiriləcəyi yer barədə məlumat göndəriləcək.

Test imtahanlarının iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin İdman zalında keçirilməsi nəzərdə tutulub.