Monteneqro prezidenti Milo Cukanoviç Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğanla görüşüb.


İqtisadiyyat.az xəbər verir ki, Monteneqro prezidenti Milo Cukanoviç İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıb.

Dəvətinə görə Ərdoğana təşəkkür edən Cukanoviç bu dəvətin iki ölkə arasında münasibətlərin yaxşı davam etdiyinin göstəricisi olduğunu bildirib.

Cukanoviç Monteneqro ilə Türkiyənin tarixi bağlarına toxunaraq, "Çernoqoriya ilə Türkiyə Respublikası arasındakı əlaqələr çox uzunmüddətli diplomatik təmasları ehtiva edir. Aramızda olan münasibətlərin dostluq olduğunu görürük. Bizim çox möhkəm və dostluq əlaqələrimiz var və birlikdə işləyirik”.