"Gənclər və İdman Nazirliyi federasiyalar, id­man mütəxəssisləri ilə birlikdə yeni strategiya ha­zırlayır".

İqtisadiyyat.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini Mariana Vasileva bildirib.

"Azərbaycan idmanının yeni strategiyası peşəkar idman növlərini, o cümlədən uşaqları və gəncləri, bütün idman sahələrini əhatə edəcək. Uşaq və gənclərin gələcəkdə idmanla daha fəal məşğul olması üçün planlarımız böyükdür", - nazir müavini əlavə edib.