İngiltərə çempionu “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Hollan ölkə çempionatının 5-ci turunda London “Arsenal”ına vurduğu qol sayəsində Premyer Liqa rekorduna imza atıb.

İqtisadiyyat.az xəbər verir ki, 24 yaşlı futbolçu bir mövsümün ilk 5 oyununda 10 qol vuran ilk futbolçudur.

“Mançester Siti” “Arsenal”la ev matçını 2:2 hesablı bərabərliklə başa vurub.

"Transfermarkt" Erlinq Hollandın transfer dəyərini 180 milyon avro qiymətləndirir.

Onun "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.