“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində mübarizəyə başlayacaq.

İqtisadiyyat.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ilk oyunda “Tottenhem”lə qarşılaşacaq. Londonda baş tutacaq görüşə saat 23:00-da start veriləcək.

Görüşü fransalı hakim Villi Delajo idarə edəcək.

Avropa Liqası

Liqa mərhələsi, I tur

26 sentyabr

23:00 Tottenhem (London) – Qarabağ

Baş hakim: Villi Delajo (Fransa)

“Tottenham Hotspur Stadium”.