Şabranın keçmiş polis rəisi “Azərişıq”da vəzifəyə təyin olunub.
İqtisadiyyat.Az APA-ya istinadən xəbər verir ki, Şabranın keçmiş polis rəisi Əli Mərdanov “Azərişıq” ASC-nin Qusar Elektrik Şəbəkəsinin rəisi təyin olunub.
Qeyd edək ki, Ə.Mərdanov daxili işlər orqanlarında yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, keçmiş təhsil naziri Misir Mərdanovun qardaşıdır.