Azərbaycan Mərkəzi Bankı 2024-cü ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə qərar qəbul edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.

Məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə yanvarın 31-də, martın 28-də, mayın 1-də, iyunun 21-də, iyulun 31-də, sentyabrın 18-də, oktyabrın 30-da və dekabrın 18-də açıqlanacaq.

Qeyd olunan tarixlərdən 31 yanvar, 1 may, 31 iyul və 30 oktyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaqdır.