Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır.

İqtisadiyyat.Az-ın məlumatına görə, quraşdırılan konteynerlər iki rəngdə - yaşıl və narıncı rəngdə olacaq.

Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılacaq. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə iki cür - yaşıl və narıncı çeşidləyici paketlər paylanacaq.

BŞİH bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkili ilə bağlı Böyük Britaniyanın tanınmış “Mott MacDonald” şirkəti ilə müqavilə bağlayıb.

W1siZiIsIjIwMTkvMDcvMDIvMTAvMTUvNTcvODEzZDdkNzEtNjRhOC00ZGUxLTk4YjktNmYwMmUwYzlkYmFhLzAwMS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ?sha=a3c47d89c697b2eb

W1siZiIsIjIwMTkvMDcvMDIvMTAvMTUvNTcvMDhlOWJiZjctYzg2YS00NzcwLTlkZTMtNzQxMWU1MTI5NjZiLzAwMi5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ?sha=76427431b0efdfe2