Bu ilin yanvar-may aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində avtomobil benzini və dizel yanacağına 807,3 mln. manat xərcləyib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,8% azdır. Lakin təkcə ötən ay əhaliyə 180,7 mln. həcmində avtomobil benzini və dizel yanacağı satılıb ki, bu da aprel ayı ilə müqayisədə 28,8% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,6%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.