Cəlilabadın mərkəzinin bir hissəsinə və 10 kəndinə qazın verilişi bərpa olunub.

İqtisadiyyat.az xəbər verir ki, artıq həmin ərazilər qazla tam təmin edilib.

Qeyd edək ki, Abdullu kəndi istiqamətində müxtəlif diametrli, uzunluğu 24 000 metr olan orta təzyiqli yeraltı qaz kəmərinin kipliyə sınaq edilməsi məqsədilə Cəlilabad şəhəri Cavadxan, Ə.Cavad, Səttarxan-3, N.Tusi, N.Zeynalova küçələri və Sərhədabad, Əliabad, Fərzili, Suluçeşmə, Abdullu, Astanlı, Zopun, Cəfərli, Həsənli, Çünəxanlı kəndləri olmaqla ümumilikdə 3 500 abonentin qaz təchizatı müvəqqəti dayandırılmışdı