Kürdəmir rayonunda cari ilin ilk dörd ayında heyvandarlıq məhsulları istehsalı bütün göstəricilər üzrə artıb.

Rayon statistika idarəsindən Fins.az-a verilən məlumatda bildirilir ki, aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda intensiv artım davam edir. İlin ilk dörd ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 0,5 faiz, süd istehsalı 1,3 faiz, yumurta istehsalı isə 0,2 faiz artıb. Kənd təsərrüfatı müəssisələrində heyvandarlıq məhsullarının artım sürəti daha yüksək olub. Belə ki, heyvandarlıq məhsulları istehsalı ilə məşğul olan müəssisələrdə süd istehsalı 22,8 faiz, ət istehsalı isə 1,3 faiz çoxalıb.