Ölkə ərazisində küləkli hava şəraiti yanvarın 14-dək davam edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yağıntılı hava şəraitinin yanvarın 15-dək davam edəcəyi gözlənilir.

Qeyd edək ki, yanvarın 12-si axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, Bakıda və Abşeron yarımadasında səhər saatlarından yağış yağır, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.