İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir. 

Dəyişikliyə əsasən Kredit İttifaqı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və ya kredit bürosuna “Kredit ittifaqları haqqında” və “Kredit büroları haqqında” qanunlarda nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə cərimə müəyyənləşir.

Sənədə əsasən, bu hallarda vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1200 manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsinə dəyişiklik birinci oxunuşda səsə qoyularaq qəbul edilib.