Çində koronavirus vaksininin sınaqları üçün könüllü axtarılır.

TASS-ın məlumatına görə, bu barədə Çinin Mühəndis Elmləri Akademiyasının üzvü Van Tszyunçji bəyan edib.

O qeyd edib ki, hazırda klinik sınaqların başlanması üçün sənədlər hazırlanır.

“Ölkəmiz koronavirusa qarşı mübarizədə beynəlxalq aləmdə liderlərdən biridir”, - deyə V.Tszyunçji bildirib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, koronavirusa dünyada 180 mindən çox insan yoluxub.