ABŞ-da 2021-ci il yanvarın 6-da Konqresin reydini araşdıran Nümayəndələr Palatasının Xüsusi Komitəsi ifadə vermək üçün keçmiş ABŞ prezidenti Donald Trampa göndərilmiş çağırış vərəqəsini geri götürüb.

İqtisadiyyat.az xəbər verir ki, CNN-in əldə etdiyi məktubda Xüsusi Komitənin sədri Bennie Thompson Trampın vəkilinə təhqiqatın tezliklə bitməli olduğu üçün çağırış vərəqəsi altındakı məlumatları izləyə bilməyəcəklərini bildirib.

"Buna görə də mən keçmiş prezident Trampa göndərilmiş çağırış vərəqəsini rəsmi olaraq geri götürürəm və sizə bildirirəm ki, o, artıq bu çağırışa cavab olaraq qeydlər hazırlamalı və ya ona əməl etməməlidir", - Tompson məktubda qeyd edib.