Sabah” bu gün Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçına çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, Masazır təmsilçisi İrlandiyanın “Sent-Patriks Atletik” komandasını qəbul edib.

Matç İrlandiya təmsilçisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da "Sabah" Konfrans Liqasında mübarizəni dayandırıb.

Qeyd edək ki, “Sabah” səfərdəki matçda da rəqibinə 0:1 hesabı ilə məğlub olmuşdu.

Konfrans Liqası

3-cü təsnifat mərhələsi, cavab oyunu

15 avqust

20:00. Sabah – Sent-Patriks Atletik 0-1

Baş hakim: Marsel Birsan (Rumıniya).

Masazır, “Bank Respublika Arena