Kapital Bank namizədləri Nəzarət Departamentinin Pərakəndə kreditlərin monitorinqi şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Bankın kredit siyasətinin həyata keçirilməsində iştirak etmək, bu siyasətin tələblərinə əsasən istehlak təyinatlı kreditlərin monitorinqlərinin icrasını təmin etmək;  
  • Tabeçiliyində olduğu rəhbər tərəfindən verilmiş bölgü və ya göstərişlər əsnasında bankın kredit portfeli (müştərilər) üzrə (planlı və növbədənkənar) monitorinqlər həyata keçirmək;
  • Monitorinqlərin aparılması məqsədi ilə zəruri məlumatları aidiyyatı qurumlardan əldə etmək;
  • Monitorinq predmeti olacaq yeni sahələrin xüsusiyyətlərini öyrənmək;      
  • Müştəri tərəfindən banka təqdim edilmiş məlumatların və kreditləşmənin qaydalar çərçivəsində icrasını monitorinq edərək, borcun ödənilməsinə təsir edəcək riskləri aşkarlayaraq şöbənin rəhbərliyinə monitorinqin nəticələrini əks etdirən hesabat və akt təqdim etmək; 
  • Monitorinqin icrası zamanı bankdaxili bütün prosedurlara düzgün riayət olunması üçün məsuliyyət daşımaq;            
  • Rəhbərlik tərəfindən ona həvalə edilmiş digər vəzifələri yerinə yetirmək;
  • Əmək müqaviləsi, şöbənin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.

Tələblər

  • Ali təhsil;
  • SQL üzrə biliklər;
  • Öhdəliklərin icrası üzrə minimum 2 il iş təcrübəsi;
  • Yüksək yazılı nitq bacarığı, analitik qabiliyyət və riyazi düşüncə;
  • Dəqiqlik və detallara qarşı diqqətlilik kimi keyfiyyətlərə sahiblik;
  • Ofis proqlamları və bank əməliyyat sistemlərilə işləmə bacarığı;
  • Əla səviyyədə Azərbaycan dili biliyi, Rus və İngilis dili biliyi arzuolunandır;
  • Stressə davamlılıq, komandada və regionlara ezam olunaraq işləmə bacarığı.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az  portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.