“Kapital Bank” ASC “BirKart”ın “Facebook” səhifəsində yeni yarışmaya start verir. 8-18 iyul tarixlərində baş tutan müsabiqənin maraqlı tərəfi odur ki, yarışma insan tərəfindən deyil, “Aican” botu tərəfindən keçiriləcək.

Yarışmaya qatılmaq üçün qeyd olunan tarix aralığında “BirKart”ın “Facebook” səhifəsinin Mesencerində "Yarışa başla" yazmaq kifayətdir. Müsabiqənin şərtlərinə görə bot vasitəsilə müştərilərə növbəylə 10 sual veriləcək, 8 və daha çox sualı düzgün cavablandıran müştərilər qalib olmaq şansı əldə edirlər. 5 qalib 19 iyul tarixində “BirKart”ın Facebook səhifəsində canlı yayımda təsadüf üsulu ilə seçiləcək və onlara “Kapital Bank”a məxsus “BirKart Miles” debet kartı hədiyyə olunacaq.

Qeyd edək ki, “Aican” mesencer-botu 24 saat ərzində müştərilərin suallarını cavablandırmaqla yanaşı, “BirKart” məhsulu barədə ətraflı məlumat verir, müştərilərin verdikləri cavablar əsasında onları yönləndirir, sifarişləri onlayn qaydada avtomatik həyata keçirir, həmçinin müştəriyə yaxın filial və ya bankomatın ünvanını göstərir.