İsrailin Parisdəki səfiri Yael German Benyamin Netanyahunun başçılıq etdiyi yeni İsrail hökumətinə etiraz olaraq tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.


İqtisadiyyat.az xəbər verir ki, İsrailin Parisdəki səfiri Yael German Netanyahu hökumətinə etiraz olaraq istefa verib.

"Mən İsrailin səlahiyyət müddəti başa çatan baş naziri Yair Lapid tərəfindən Parisə İsrailin səfiri təyin olundum. Ölkəmi və məni demokratiya, insan haqları və qanunun aliliyinə əsaslanaraq təyin edən əvvəlki hökumətin dünya görüşünü təmsil etməkdən qürur və şadam. "

German Netanyahunun rəhbərlik etdiyi yeni kabinetdə ekstremizmləri ilə seçilən partiya nümayəndələrinin olduğunu qeyd edib.