İsrail-HƏMAS münaqişəsi fonunda İsrail iqtisadiyyatı 2023-2024-cü illərdə 1% kiçiləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu proqnozu Beynəlxalq Valyuta Fondunun Vaşinqtonda keçirdiyi konfransda çıxış edən İsrail Mərkəzi Bankının rəhbəri Əmir Yaron deyib.

Onun sözlərinə görə, münaqişə iqtisadiyyat, ev təsərrüfatları, işçilər və müəssisələr üçün ciddi şokdur.

Bildirilib ki, münaqişə nəticəsində İsrailin çəkdiyi xərclər gözləniləndən çox olub.

 

Gözəl Həşimova