İsmayıllı rayonu, Eyyubbəyli kəndi ərazisində baş verən yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.

İqtisadiyyat.az ”Report”a istinadən xəbər verir ki, hadisədə xəsarət alan Ağsu rayon Padar kənd sakini 1996-cı il təvəllüdlü Atamalızadə Elşən Seymur oğludur.

O, əvvəlcə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sonra isə vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

***

17.53

İsmayıllı rayonu, Eyyubbəyli kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobillərdən birinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.