“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı SABİRABAD FİLİALI üçün XADİMƏ vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Əsas Öhdəliklər:

• FINCA mülkiyyətinin qayğısına qalmaq;
• Gündəlik təmizlik və sanitariya işlərinin yerinə yetirilməsi;
• Mebel və avadanlıqların tozunun alınması, döşəmənin süpürülüb-silinməsi, qapı və pəncərələrin silinməsi və s.;
• İş yerində təmizliyin tələb olunan standartlara cavab verməsini təmin etmək;
• Aidiyyatı menecer tərəfindən verilmiş təmizlik işlərinə aid digər tapşırıqları yerinə yetirmək

Tələb olunan bilik və bacarıqlar:

• Qeyd olunan vəzifədə ən azı 1 illik iş təcrübəsi;
• Dürüstlük, təmizkarlıq, ciddilik və məsuliyyətlilik;
• Kollektivdə işləmək və ünsiyyət qura bilmə bacarığı;
• Gigiyena qaydalarından xəbərdar olmaq;
• Aktiv və enerjili.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 12 oktyabr 2021-ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində Xadimə (Sabirabad filialı) qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.