Bu gün İraqda daha bir nəfər koronavirusdan dünyasını dəyişib.
Yeniavaz.com
 xarici KİV-ə istinadla xəbər verir ki, İraqda bu gün bir nəfərin yeni növ koronavirus səbəbilə dünyasını dəyişməsi ilə ölkədə həmin virusdan ölənlərin ümumi sayı 10-a çatıb. Bəhs edilən xəstəlikdən vəfat edən şəxsin həyat yoldaşının da koronavirusa yoluxduğu və hər ikisinin bir müddət əvvəl İrandan gəldiyi məlum olub.