İran hökuməti ölkədə kriptovalyutalardan istifadəyə icazə verib.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə İran prezidentinin internet səhifəsində qeyd olunur. 

Məlumata görə, İranın Nazirlər Şurasının iyulun 27-də Prezident Həsən Ruhaninin sədrliyi ilə keçirilmiş iclasında “kriptoqrafik emal məhsullarının istifadəsinə" razılıq verilib. Bununla belə, müvafiq risklər qeyd olunmaqla tədavülünə icazə verilən kriptovalyutalar bank sisteminin zəmanəti altında olmayacaq.