İranın Suriyaya neft nəqlini yenidən bərpa etdiyi bildirilir.

AzərTAc xəbər verir ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalardan sonra neft böhranı yaşayan Suriyada yanacaqdoldurma məntəqələrinin qarşısında növbələr yaranıb. Suriyanın bu böhrandan yaxa qurtarmaq üçün İrandan 1 milyon barel xam neft aldığı bildirilir.

Qeyd edək ki, tankerlərin monitorinqini aparan şirkətlərə görə, əvvəllər İran Suriyaya ayda 1-3 milyon barel neft göndərirdi. Lakin ABŞ-ın sanksiyalarına görə, neft daşımaları ötən ilin sonunda demək olar ki, dayanmışdı.