İndoneziyada fevralın 14-də keçirilən dünyanın ən böyük bir günlük prezident seçkilərindən sonra seçki komissiyasının 71 işçisi ölüb.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, onlar həddindən artıq işlədiyinə görə həyatını itirib. Fevralın 14-dən 18-dək seçki komissiyasının daha 4 min işçisi isə xəstələnib.

Buna səbəb kimi gecə-gündüz yüzlərlə kağız bülletenlərinin paylanması, sayılması və hesabat verilməsi göstərilib.

 

Gözəl Həşimova