İmişlidə cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitkilər əkini davam edir.

Rayon Statistika İdarəsindən Fins.az-a bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 7542,7 hektar sahədə yazlıq bitkilər əkini aparıblar. Əkin aparılan sahənin 1722,7 hektarını çoxillik otlar, 97,7 hektarını kartof, 122,1 hektarını tərəvəz sahəsi, 180 hektarını bostan bitkiləri, 90 hektarını qarğıdalı, 3 hektarını dənli paxlalı bitkilər, 146 hektarını isə şəkər çuğunduru təşkil edir.

Əkinçilər, həmçinin 5181,2 hektar sahədə çiyid səpini də aparıblar.

Qeyd edək ki, ötən il rayonda 7 min 492,3 hektar sahədə pambıq əkilib və 19 min 715,8 ton məhsul yığılıb. Pambıq sahələrinin hər hektarının məhsuldarlığı 26,3 sentner olub.