VTB Bank İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis vəzifəsinə işçi axtarr.

Tələblər:

• marketinq, jurnalistika, filologiya və ictimaiyyətlə əlaqələr ixtisasları üzrə ali təhsil;
• maliyyə qurumlarında PR sahəsində iş təcrübəsi;
• təsiredici marketinq, korporativ marketinq, CSR, KIV-lə əlaqələr və hadisələrin idarəçiliyi sahəsində geniş biliklər;
• Azərbaycan, rus dillərini mükəmməl bilmə (İngilis dili arzuolunandır);
• natiqlik bacarığı;
• savadlı şifahi və yazılı nitq.

Vəzifələr:

• kommunikasiya sahəsində işin təşkili: ictimaiyyətlə əlaqələrə və şirkətin imicinə təsir edən istənilən məsələlərin həlli;
• şirkət haqqında müxtəlif yazıların dərcinin təşkili, xəbər və press-relizlərin yazılması və onların KİV-də yayılması, təqdimatlar və mətbuat konfranslarının keçirilməsi;
• tədbirlərin təşkili və keçirilməsi, o cümlədən sosial tədbirlər;
• şirkətin nüfuzunu təhdid edən münaqişə vəziyyətlərinin həlli, istehlakçıların şikayətlərinin cavablandırılması;
• məqalələrin, press-relizlərin, xəbərlərin, müsahibələrin və rəsmi məlumatların yazılması və KİV və şirkətin saytında yerləşdirilməsi;
• sosial media qurumları ilə iş (SMM);
• şirkətin brendinin bazarda tanıdılması.

E-mail: hr@vtb.az